NextPlay.az-dan Necə İstifadə Etməli?
Təhlükəsiz alış-veriş üçün hazırladığımız 8 addımlıq bələdçi. Bu məlumatları sondan-əvvələ qədər oxusan, NextPlay.az-ı problemsiz istifadə etməyi öyrənəcəksən.
NextPlay.az-a Xoş Gəldiniz!
Dəyərli istifadəçimiz, NextPlay.az — Azərbaycanın güvənli rəqəmsal alış-veriş platformasıdır. Yeni qoşulan hər istifadəçiyə bu bələdçini təqdim edirik ki, platformamızdan maksimum faydalanasınız.
- Escrow sistemi ilə qorunan ödənişlər
- Sektordan aşağı 5% komissiya
- Doğrulanmış satıcı təminatı
- Mağaza aç və müntəzəm gəlir əldə et
- AZN bank hesabına nəğd çıxarış
Cüzdana təhlükəsiz balans yükləmək
NextPlay.az-da cüzdanına bank köçürməsi və ya admin tərəfindən təsdiqlənən manual yükləmə üsulu ilə balans əlavə edə bilərsən. Çek/qəbz faylını yüklə — admin təsdiqlədikdən sonra balansın avtomatik artır.
Cüzdana balans yükləŞəxsiyyət məlumatlarını təsdiqləmək
Saytı daha təhlükəsiz etmək üçün satıcıların şəxsiyyət doğrulaması məcburidir: e-poçt, şəxsiyyət vəsiqəsi və selfie. Alıcı kimi bilməlisən ki, qarşındakı satıcı bu mərhələləri keçmiş şəxsdir.
Dəstək sistemi və canlı yardım
Sifariş və ödənişlə bağlı problemlər üçün dəstək komandamıza müraciət göndərə bilərsən. Ümumi suallar üçün isə FAQ bölməsinə bax.
İş birliyi və ban etirazları:
Necə elan / məhsul yerləşdirmək?
Elan yerləşdirmək tamamilə pulsuzdur!
- Hesabına daxil ol
- Satıcı panelinə keç və “Məhsul əlavə et”-ə bas
- Kateqoriya və alt kateqoriya seç
- Məhsul detallarını, şəkillərini və qiymətini doldur
- Anında çatdırılma seçirsənsə, stok elementlərini alt-alta əlavə et
- Yayımla — məhsulun anında marketdə görünəcək
Necə Mağaza Olmaq?
Müntəzəm Gəlir Fürsəti!
NextPlay.az-da mağaza açıb rəqəmsal məhsullar satmaqla davamlı gəlir əldə edə bilərsən.
- Özəl mağaza səhifəsi
- Professional görünüş
- Satış analitikası
- Boost / promosyon imkanı
- E-poçt doğrulaması
- Şəxsiyyət doğrulaması
- Telefon doğrulaması
- Aktiv hesab
Vacib Təhlükəsizlik Xəbərdarlıqları
Şəxsi məlumatlarını (telefon, ünvan, kart məlumatı) heç kimlə paylaşma!
Şübhən olduqda dəstək komandasına müraciət et.
Alış-veriş prosesini ekran qeydiyyatına al.
Barter (takas) əməliyyatlarını dəstəkləmirik. Qəbul etmə.
- Sayt xarici yönləndirmə qadağandır (Discord, WhatsApp, Telegram və s.). Sayt xaricində edilən razılaşmalar bizim tərəfimizdən qəbul edilmir.
- Sayt xarici bağlantı / proqram göndərənlərə inanma.
- Barter (takas) qəti qadağandır, hətta təklifi belə qəbul etmə.
- Söyüş, hədə-qorxu və hörmətsiz davranış qadağandır.
- Spam / flood mesajlaşma qadağandır.
- Satıcı məhsulu təhvil verməmiş səndən sifarişi təsdiqləməyini istəyirsə — qəbul etmə və bizə bildir.
- Özünü “NextPlay yönəticisi / canlı dəstək” adı altında təqdim edənlərə inanma və dərhal bizə xəbər ver.
Təşəkkürlər!
Bu bələdçidə təqdim etdiyimiz təhlükəsizlik məlumatlarını oxuyub anladıqdan sonra platformamızda daha güvənli alış-veriş edə biləcəksən. Hər hansı sual yarandıqda dəstək komandamızla əlaqə saxla.
